SON XƏBƏRLƏR

Həbslər barədə məlumat yayan təbrizli vəkil Sina Yusifi həbs edilib

2022.10.16, 09:26
Həbslər barədə məlumat yayan təbrizli vəkil Sina Yusifi həbs edilib

Gunaz.tv

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifi hökumət məmurlarının Təbrizdəki repressiyaları ilə bağlı açıqlamalarına görə saxlanılıb.

Bir neçə gün bundan öncə Azərbaycanlı vəkil Sina Yusifi son günlər baş verən və davam etməkdə olan etiraz aksiyaları zamanı Təbrizdə 1700 nəfərin həbs edildiyini bildirmişdi.

"Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyası son aksiyalarda saxlanılan şəxslərə hüquqi dəstək göstərmək üçün “Müdafiə Komitəsi” yaradıb",- deyə, Yusifi qeyd edib.

Onun barəsində irəli sürülən ittihamlar barədə hələlik dəqiq məlumat əldə etmək mümkün olmayıb. 

Qeyd edək ki, Sina Yusifi son illər Güney Azərbaycanda mədəni fəalların həbsi, uşaqlara türkcə adların qoyulmasına qadağa və başqa məsələlərdə barədə davamlı fəaliyyət göstərən tanınmış vəkillərdən biridir.

Cavidan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar