SON XƏBƏRLƏR

İran Şahçıraq məqbərəsinə müharibə və qisas simvolu olan qırmızı bayraq sancıb

2022.11.02, 05:47
İran Şahçıraq məqbərəsinə  müharibə və qisas simvolu olan qırmızı bayraq sancıb

Gunaz.tv

İranın Şiraz şəhərindəki Şahçıraq ziyarətgahında törədilən terror hücumu qurbanları ilə vida mərasimi və dəfn zamanı cənazələrin üzərinə qırmızı bayraq sərilib.

Sonra isə Amerika və İsrailə qarşı qan və intiqam simvolu olaraq həmin bayraq ziyarətgahın günbəzi üzərinə sancılıb.

Bu, sonuncu dəfə 2020-ci il yanvarın 7-də  Qasım Süleymanini öldürülən zaman baş vermişdi.

Daha sonra 8 yanvar 2020-ci ildə İran İraqın Ərbil şəhərindəki Amerika hərbi bazasına hücuma etmişdi.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar