SON XƏBƏRLƏR

London Suriyaya dair qətnaməyə güc tətbiqi maddəsini daxil etməyə çalışır

2021.10.20, 07:36
London Suriyaya dair qətnaməyə güc tətbiqi maddəsini daxil etməyə çalışır

Gunaz.tv

GünAz TV: Böyük Britaniya Suriyaya dair qətnaməyə «sülhə təhlükə yaradan hərəkətlər, sülhün pozulması və təcavüz aktları» hallarında hərbi güc tətbiq olunması maddəsini daxil etmək istəyir.

APA-nın məlumatına görə, bu barədə BBC xəbər yayıb.

BBC təhlilçilərinin fikrincə, bu halda Suriyada hadisələr Liviya (Libi) və ya İraq ssenarisi üzrə davam edə bilər. London öz təklifində BMT (Birləşmiş Millətlər Təşkilatı) nizamnaməsinin 7-ci maddəsinə istinad edir.

 Londondakı mənbənin İTAR-TASS-a verdiyi məlumata görə isə, qətnamə artıq gələn həftə səsverməyə çıxarıla bilər. Mənbə qətnamədə güc tətbiqindən yox, sanksiyalardan (təhrimlərdən) söz açıldığını bildirib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar