SON XƏBƏRLƏR

Avropa Birliyinin prezidenti və NATO baş katibinin nümayəndəsi Bakıdadır

2021.10.20, 07:36
Avropa Birliyinin prezidenti və NATO baş katibinin nümayəndəsi Bakıdadır

Gunaz.tv

GünAz TV: Avropa Birliyinin (AB) prezidenti Herman van Rompuy və NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsi üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycana gəliblər.

Avropa Birliyinin (AB) prezidenti Herman van Rompuy, prezident İlham Əliyev, parlamentin sədri Oqtay Əsədovla görüşəcək. Daha sonra Dillər Universitetində çıxış edəcək, ona universitetin fəxri doktoru adı təqdim olunacaq.

AB prezidenti Azərbaycanda bir sıra məsələlər, o cümlədən Azərbaycanla qurum arasında əlaqələr, Dağlıq Qarabağ münaqişənin həlli barədə müzakirələr aparacaq.

Herman van Rompuy Azərbaycandan əvvəl Ermənistan və Gürcüstanda səfərdə olub.

Bu, Avropa Birliyi prezidentinin bölgəyə ilk səfəridir.

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsi üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay da Azərbaycana gəlib. Onun səfəri iyulun (July) 6-dək davam edəcək. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq.

NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərdə iştirak edəcək, ANAMA-nın Çeyrançöldə gerçəkləşdirdiyi yeni layihənin açılış mərasiminə qatılacaq, NİSA Yay Məktəbinin “Böhrana cavab: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları” mövzusunda tədbirinin iştirakçıları ilə görüşəcək.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar