SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində dərman qıtlığı yaranıb

2022.12.15, 11:01
Qərbi Azərbaycan əyalətində dərman qıtlığı yaranıb

Gunaz.tv

Dekabrın 14-də yayılan məlumatlara münasibət bildirən Urmiyə Tibb Elmləri Universitetinin rektoru Məhəmmədəmin Vəlizadə problemi təkzib etməyib və yaxın iki fəftə ərzində məsələnin həll olunacağını vəd edib.

Dərman Sənayesi Sahibləri Birliyinin yaydığı xəbərdarlıqda durumun belə davam edəcəyi təqdirdə bütün müəssisələrin bağlanacağı və dərman çatışmazlığının pik həddə çatacağı qeyd olunur.

Dərman Sənayesi Sahibləri Birliyinin başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda ölkədə 300 adda dərman tamamilə yoxa çıxıb və adi antibiotik və serum çatışmazlığı yaşanır.

Talassemiya Xəstələrinə Dəstək Birliyinin başçısı Yunis Ərəb isə mediaya verdiyi açıqlamada son bir neçə ay ərzində dərman çatışmazlığı səbəbindən ən azı 70 talassemiya xəstəsinin öldüyünü bildirib. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar