SON XƏBƏRLƏR

Ana dili hərəkatının fəalı Əkbər Nəiminin uzun müddətli həbs cəzası təsdiqləndi

2022.12.18, 10:18
Ana dili hərəkatının fəalı Əkbər Nəiminin uzun müddətli həbs cəzası təsdiqləndi

Gunaz.tv

Bu barədə ana dili fəalının vəkilləri Məhəmmədrza Fəqihi və Zəhra Minuyi məlumat verib.

Onlar bildirib ki, bu, İran Ali Məhkəməsinin bundan öncə çıxardığı qərarla ziddiyyət təşkil edir.

2021-ci il iyunun 19-da Təbrizdə həbs edilən Əkbər Nəimi "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq"da ittiham olunub.

O, "Evrin" və "Yarpaq" kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan" dərnəyinin qurucularından biri olub.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar