SON XƏBƏRLƏR

Təbriz yaxınlığındakı Qurugöl tamamilə quruyur

2022.12.28, 14:04
Təbriz yaxınlığındakı Qurugöl tamamilə quruyur

Gunaz.tv

Onun dediyinə görə, iqlim dəyişikliyi, təbii proseslər və illik su payının buraxılmadığı üçün Qurugöl demək olar ki, tamamilə quruyub.

Bundan bir müddət öncə Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizə İdarəsinin başçısı Həsən Abbasnejad da Qurugölün milli və beynəlxalq siyahıya salınmış təbiət abidəsi kimi bütünlüklə məhv olmaq üzrə olduğu barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, Qurugöl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir.

200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir. 

Timur
 

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar