SON XƏBƏRLƏR

Həbsdə olan təbrizli xanım fəalın sağlıq durumu ağırlaşıb

2023.01.10, 11:02
Həbsdə olan təbrizli xanım fəalın sağlıq durumu ağırlaşıb

Gunaz.tv

Üç ay yarımdan çoxdur həbs edilərək Təbriz zindanına köçürülən təbrizli fəal Məhdiyə Seyid Fruqinin durumunun yaxşı olmadığı bildirirlir.

Məlumata görə, ona fiziki və psixi təzyiqlər göstərilir.

İnsan haqları müdafiəçiləri 3 il müddətinə azadlıqdan məhrum edilən  təbrizli xanımın bundan öncə təcridxanada işgəncə edilərək ondan məcburi etiraf alındığını deyirlər.

Mühakimə zamanı onun vəkillə təmin olunmasına icazə verilməyib və ailəsi xəbərin ictimailəşdirilməməsi üçün təhdid edilib.

Məhdiyə Seyid Fruqiyə qarşı irəli sürülən ittihamlar abarədə açıqlama verilmir.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar