SON XƏBƏRLƏR

İran məhkəməsi ana dili hərəkatı fəalına ağır cəza verib

2023.01.19, 11:48
İran məhkəməsi ana dili hərəkatı fəalına ağır cəza verib

Gunaz.tv

Bu barədə tanınmış vəkil və Şərqi Azərbaycan Vəkillər Birliyinin üzvü Sina Yusifi özünün tvitter hesabında paylaşım edib.

"Müvəkkillərimdən biri ana dili sahəsində fəaliyyətlərinə və türkcə kitab nəşr etdirdiyinə görə 8 il azadlıqdan məhrum edildiyi halda, həyat yoldaşının başını kəsərək qətlə yetirən cinayətkara 7.5 il iş verilib",- deyə, güneyli vəkil bildirib.

Sina Yusifi barəsində paylaşım etdiyi müttəhimin kimliyi barədə heç bir açıqlama verməyib. 

Qeyd edək ki, bir müddət öncə Sina Yusifi oxşar paylaşım edərək başqa bir müvəkkilinin 17 il həbs və 2 il sürgün cəzasına məhkum edildiyini bildirmişdi.

"Bir müddət öncə 17 il həbs, 2 il sürgün cəzasına məhkum edilmiş müvəkkillərdən birinin cinayət işini araşdırmaq üçün Evin zindanındakı "Şəhid Müqəddəs" Məhkəməsinə getdim. Bir neçə cilddən ibarət qalın bir dosye gözləyirdim, ancaq bütün dosye 32 səhifə idi”-deyə, Yusufu yazıb.

Onun sözlərinə görə, müttəhimin barəsində çıxarılan hökmdə onun xatirələrini türkcə və latın qrafikası ilə yazdığı, bunun isə ölkənin rəsmi dilinə qarşı üsyanı olduğu qeyd olunub.

Timur


 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar