SON XƏBƏRLƏR

Güneyli məhbus fəalların durumu barədə məlumat verilmir

2023.02.28, 11:36
Güneyli məhbus fəalların durumu barədə məlumat verilmir

Gunaz.tv

Hər iki məhbusun yaxınlarının müraciətlərinə baxmayaraq, Evin həbsxanasında saxlanılan fəalara qarşı ittihamlar barədə heç bir açıqlama verilmir.

Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Mahmud Ocaqlu ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilib.

Məhəmməd Yusifi isə fevralın 20-də Ərdəbil şəhərində saxlanılıb və fevralın 21-də Tehranın Evin həbsxanasına köçürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar