SON XƏBƏRLƏR

Təbrizdə tələbə hərəkatının fəalları həbs edilib

2023.02.28, 11:45
Təbrizdə tələbə hərəkatının fəalları həbs edilib

Gunaz.tv

Mədəni Universitetinin siyasi elmlər institutunun tələbəsi olan İbrahim Əhmədpur fevralın 27-də Şərqi Azərbaycan əyaləti polisinin təhlükəsizlik bölməsinə çağrıldıqdan sonra həbs edilib.

Onun telefonunun başqa tələbə hərəkatı fəalı Hadi Heydəri Azadda olduğu üçün onu da idarəyə çağırıb və hər iki fəallı döydükdən sonra təcridxanaya salıblar.

Hər iki tələbə Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin üzvüdürlər və adı çəkilən mərkəz Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra təzyiqlərlə üzləşib.

Fəallar bundan öncədə dinc mədəni fəaliyyətlərinə görə dindiriliblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar