SON XƏBƏRLƏR

Ərdəbilli milli fəal Məhəmməd Yusifi həbsdən azad edilib

2023.03.05, 18:50
Ərdəbilli milli fəal Məhəmməd Yusifi həbsdən azad edilib

Gunaz.tv

Güneydən verilən məlumata görə, o, həbs ediləndən sonra ilk 6 günü Tehrandakı Evin həbsxanasının 240-cı bölümündə təkadamlıq kamerada saxlanılıb. 

Daha sonra milli fəal həbsxananın 209-cu bölümünə köçürülüb və 7 gün orada digər məhbuslarla bir yerdə saxlanılıb. 

Araşdırmalardan sonra sonra günahı sübut edilməyən Məhəmməd Yusifi azadlığa buraxlıb. 

Qeyd edək ki, o, fevralın 10-da saxlanılmışdı.

Yaxınlarının verdiyi məlumata görə, fevralın 20-i səhər saat 10-da Ərdəbil şəhərinin polis əməkdaşları onun yaşadığı mənzilə gediblər.
O, evdə olmadığı üçün anasından onun polisə müraciət etməsini istəyiblər.

Saat 11-də evə gələn Məhəmməd Yusifi saat 11-30-da polis bölməsinə gedib.

12:30 radələrində Ərdəbil məhkəməsinə aparılan Məhəmməd Yusifi saat 15.00 radələrində bir polkovnik və bir əsgərin müşayiəti ilə avtobusla Tehrana göndərilib.
Məhəmməd Yusifi gecə saat 23:30-da Tehranın Evin zindanına aparıldığı barədə anasına məlumat verib. 

Fevralın 21-i səhər saat 08:00 radələrində yenidən anasına zəng edən Yusifi artıq Evin zindanına çatdıqlarını bildirib.

O, hakimiyyətə qarşı təbliğat aparmaqda ittiham edilirdi.

Qeyd edək ki, Məhəmməd Yusifi GünazTV-nin təsisçisi, Amerikada mühacirətdə yaşayan siyasi fəal Əhməd Obalının bacısı oğlu, Günaz.TV-nin Bakı ofisinin rəhbəri Araz Obalının qardaşıdır.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar