SON XƏBƏRLƏR

İranda müəllimlərin etiraz aksiyası keçirilir

2023.03.07, 13:45
İranda müəllimlərin etiraz aksiyası keçirilir

Gunaz.tv

Şəhərlərdə Təhsil İdarələrinin qarşısına toplaşanlar "ölüm olsun uşaq öldürən hökumətə" şüarları səsləndiriblər.

Güney Azərbaycan şəhərlərində də keçirilən etirazçılara qarşı zor tətbiq edilib, aksiyanı dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edilib.

Güney şəhərləri arasındfa ilk olaraq ərdəbilli müəllimləri nümayişlərə başlayıb, havanın əlverişsiz olmasına baxmayaraq Təhsil İdarəsinin qarşısına toplaşıblar.

Qeyd edək ki, nümayişlər İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurasnın çağırışı əsasında keçirilir.

"Biz etirazçılar bioloji təzyiqlərə və vətəndaşların, xüsusən də şagirdlərin həyatına təhdidlərə son qoyulmasını tələb edirik",- deyə, çağırışda bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar