SON XƏBƏRLƏR

İran rəsmiləri zəhərlənələrlə bağlı ziddiyyətli açıqlamalar verirlər

2023.03.08, 11:23
İran rəsmiləri zəhərlənələrlə bağlı ziddiyyətli açıqlamalar verirlər

Gunaz.tv

O, saxlanılanların sayı və kimliyi barədə açıqlama vermədən həbslərin ölkənin 5 əyalətində aparıldığını deyib.

Digər tərəfdən, İranın Baş Təftiş Təşkilatının rəhbəri Zəbihullah Xudayannın məsələ ilə bağlı verdiyi bəyanat Daxili İşlər Nazirliyinin iddiasını təkzib edib.

O, martın 8-də verdiyi açıqlamada bütün dövlət qurumlarının işə qarışdığını, ancaq kimsənin həbs edilmədiyini bildirib.

Qeyd edək ki, martın 8-də də şagirdlərin zəhərlənmə halı qeydə alınıb və Zahidanda 41, Fars əyalətinin Neyriz şəhərində isə 6 məktəbli zəhərlənib.

İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın 9-da Qum şəhərində qeydə alınıb və bu günə kimi 26 əyalətin 233 məktəbində 5 mindən çox qız şagird zəhərlənib.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar