SON XƏBƏRLƏR

Avropa ilk dəfə olaraq İran da daxil olmaqla 6 ölkədə qadın hüquqlarını pozanlara sanksiya tətbiq edib

2023.03.08, 12:15
Avropa ilk dəfə olaraq İran da daxil olmaqla 6 ölkədə qadın hüquqlarını pozanlara sanksiya tətbiq edib

Gunaz.tv

AB martın 7-də, 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Avropa İttifaqı qadınların hüquqlarını pozan 9 nəfərə və üç quruma, o cümlədən İran rəsmiləri və qurumları, Taliban hökumətinin iki nazirinə və iki rusiyalıya qarşı sanksiya tətbiq edib. 

“Reuters”in məlumatına görə, bu, Avropa Birliyinin cinsi zorakılıq törədənlərə qarşı beynəlxalq səviyyədə ilk sanksiya tədbiridir.

Məlumatda Tehrandakı Qərçək həbsxanasının rəsmilərinin də sanksiyaya məruz qalanlar arasında olduğunu açıqlanıb. 

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi İranın yeganə qadın həbsxanası olan Vəramin şəhərinin Qərçək həbsxanasına və onun rəhbəri Suğra Xudadiyə sanksiya tətbiq etmişdi.

“Biz İranda azadlıqları daim məhdudlaşdırılan qadınların yanındayıq",- AB-nin bəyanatının bir hissəsində bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar