SON XƏBƏRLƏR

ABŞ-dan İrana nüvə sazişi ilə bağlı təklif

2023.04.04, 09:32
ABŞ-dan İrana nüvə sazişi ilə bağlı təklif

Gunaz.tv

Bildirilir ki, yeni təklifə əsasən, İranın nüvə proqramının bəzi hissələri dayandırılmalı, əvəzində İrana qarşı sanksiyalar yumşaldılmalıdır. Bundan sonra uzunmüddətli nüvə sazişi barədə müzakirələr aparılacaq. 

İranın nüvə proqramını məhdudlaşdıran saziş 2015-ci ildə imzalanıb. ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra müqavilədən çıxdığını elan edib.

Bayden prezident seçildikdən sonra nüvə sazişinin bərpa ediləcəyini bildirib. Vyanada bir sıra danışıqlar aparılsa da, müzakirələr dayandırılıb.

Qeyd edək ki, sazişin tərəfləri Almaniya, İngiltərə, Çin, Fransa və Rusiyadır. (modern)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar