SON XƏBƏRLƏR

Suriyada İrana bağlı "Hizbullah" təşkilatının komandiri öldürüldü

2023.04.05, 12:09
Suriyada İrana bağlı "Hizbullah" təşkilatının komandiri öldürüldü

Gunaz.tv

Seyid Yəqub kimi tanınan komandirin öldürülməsi barədə Suriya İnsan Haqları Monitorinq Qrupu məlumat yayıb.

Məlumatda İsrail hava qüvvələrinin Həməs şəhərinin yaxınlığında yerləşən və "Hizbullah"a məxsus silah-sursat anbarı və "Ziyə" hərbi hava limanına ağır zərbə endirdikləri bildirilir.

 Həsən Məhəmməd Yasin Sufanın öldürülməsi ilə son iki həftə ərzində İsrailin hava hücumu nəticəsində Suriyada zərərsizləşdirilən "Hizbullah" silahlılarının sayı beşə çatıb.

Qeyd edək ki, bu İranın İsrailə təhdidləri fonunda baş verib və bundan öncə İsrailin hava zərbələri nəticəsində SEPAH-ın iki komandiri də öldürülüb.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar