SON XƏBƏRLƏR

İran və BƏƏ prezidentlərinin görüşü olacaq

2023.04.06, 07:59
İran və BƏƏ prezidentlərinin görüşü olacaq

Gunaz.tv

Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Yaqub Rzazadə mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani BƏƏ-yə səfəri zamanı Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşdə İran prezidentinin BƏƏ prezidenti ilə görüşməsi baraədə razılığa gəliblər.

"Görüş yaxın vaxtlarda İranda və ya BƏƏ-də baş tutacaq", - o qeyd edib.

Qeyd edək ki, 8 il fasilədən sonra İran Rza Ameri adlı diplomatı BƏƏ-ə səfir təyin edib.

O, İran Xarici İşlər Nazirliyində "xaricdəki iranlılar"  İdarəsinin rəisidir.

Ameri, bundan öncə İranın Əlcəzair, Sudan və Eritreyadakı səfiri olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar