SON XƏBƏRLƏR

İranda əfqanlara qarşı ayrı-seçkilik davam edir

2023.04.07, 07:39
İranda əfqanlara qarşı ayrı-seçkilik davam edir

Gunaz.tv

Bu barədə əfqanıstanlı sosial media fəalları paylaşım ediblər.

"Bamland  kompleksinin mühafizə xidmətinin əməkdaşlarının sözlərinə görə, İran vətəndaşlarının rahatlığı üçün əfqanların bu kompleksə girişi qadağandır",- paylaşımda bildirilib.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub. 

İki həftə əvvəl İran-Əfqanistan sərhəddində 11 yeniyetmə əfqanistanlı öldürülüb, ötən 11 ay ərzində isə İranda öldürülən 470 əfqanistanlının meyiti vətənlərinə göndərilib.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar