SON XƏBƏRLƏR

İranda iqrçilik: Əfqanlar metroya buraxılmır

2023.04.11, 08:46
İranda iqrçilik: Əfqanlar metroya buraxılmır

Gunaz.tv

İranda, xüsusən Tehranda yaşayan əfqanıstanlı qaçqınların metrodan istifadəsinə icazə verilmir.

Əfqanıstanlı qaçqınlar bildirirlər ki, bir çoxu İranda dünyaya gəlsə də, onlar adi xidmətlərdən məhrumdurlar və adicə metro kartı ala bilmirlər.

Gediş biletləri və kartları elektron formada satıldığı və əfqanıstanlıların bank hesabı açmaları yasaq olduğu üçün onlar başqalarının kartından istifadə etməli olurlar.

Əfqanıstanlı qaçqınlar İranda davamlı olaraq təzyiq və ayrı-seçkiliklərə məruz qalırlar.

Bir neçə gün öncə Tehranın "Bamlənd" əyləncə və istirahət mərkəzində əfqanıstanlıları qəzəbləndirən baner asılıb.

Bamland  kompleksinin mühafizə xidmətinin əməkdaşlarının sözlərinə görə, banerdə "İran vətəndaşlarının rahatlığı üçün əfqanların bu kompleksə girişi qadağandır" sözləri yazılıbmış.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə "Taliban" hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub. 

İki həftə əvvəl İran-Əfqanıstan sərhəddində 11 yeniyetmə əfqan öldürülüb.

Ötən 11 ay ərzində isə İranda öldürülən 470 əfqanıstanlının meyiti vətənlərinə göndərilib.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar