SON XƏBƏRLƏR

İran yəhudiləri İsrailə qarşı mitinq keçirməyə məcbur edir

2023.04.11, 13:56
İran yəhudiləri İsrailə qarşı mitinq keçirməyə məcbur edir

Gunaz.tv

Tehran rejimi yəhudi icmasından ənənəvi pasxa və ya fətir bayramları mərasimlərini ləğv edərək, İsrailin məhv olmasına səsləyən və hər il orucluq ayının sonuncu cümə günü keçirilən "Qüds günü" yürüşlərində iştirak etməyi tələb edir.

Bu barədə İsrailin "Yerusəlim Post" qəzeti məlumat yayıb.

"İran yəhudi icmasına səssiz təzyiqlər edilir və İran yəhudiləri hökumətin təşkil etdiyi Qüds günü nümayişlərində iştirak etməsələr, daha çox əziyyət çəkəcəklərini bilirlər",- məlumatda bildirilib.

Qeyd edək ki, 1979-cu il inqilabından sonra İranda yaşayan yəhudilərin əksəriyyəti ölkəni tərk etməyə məcbur olublar.

Hazırda İranda qalan 20-25 min civarında yəhudilərin bir qismi kimliklərini gizlətmək məcburiyyətində qalır, başqaları isə davamlı təzyiq və ayrı-seçkilklə üzləşirlər.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar