SON XƏBƏRLƏR

ATƏT sədri: Ermənistan və Azərbaycan arasında sülh vacibdir

2023.04.12, 13:39
ATƏT sədri: Ermənistan və Azərbaycan arasında sülh vacibdir

Gunaz.tv

"Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşma ilə bağlı xəbər aldım. Mən dünyasını dəyişən insanların ailələrinə başsağlığı verirəm".

Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında belə deyib.

O, Azərbaycan və Ermənistanı de-eskalasiyaya çağırıb: “ATƏT tərəflər arasında kommunikasiyanın mümkün olması, belə toqquşmaların qarşısının alınması üçün öz resurslarını təklif edə bilər.

Biz əlimizdəki bütün imkanları təqdim edəcəyik ki, dialoq və kommunikasiya mümkün olsun.

İki ölkə arasında sülh vacibdir, hər iki ölkə sülhə layiqdir”. (apa)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar