SON XƏBƏRLƏR

İranda dərmanlar 50 faiz bahalaşacaq-Xəbərdarlıq

2023.04.13, 11:53
İranda dərmanlar 50 faiz bahalaşacaq-Xəbərdarlıq

Gunaz.tv

Bu barədə İran parlamentinin Səhiyyə Komissiyasının rəhbəri Hüseynəli Şəhriyari xəbərdarlıq edib.

Onun çıxışı 2 gün əvvəl Təbrizin İran parlamentindəki nümayəndəsi, Səhiyyə Komissiyasının üzvü Məsud Pezeşkiyanın oxşar xəbərdarlığından sonraya təsadüf edir.

"Valyutanın ayrılmaması, xammal çatışmazlığı və başqa bu kimi səbəblərə görə, bir sıra dərmanların qiymətləri bahalaşacaq. Dərman qıtlığı qaçılmazdır",- Səhiyyə Komissiyasının rəhbəri bildirib.

O, ağır xəstələrə lazım olan dərmanların təmini üçün 5 trilyon tümən nəzərdə tutulduğunu, ancaq bu vəsaitin ayrılıb-ayrılmayacağının  qeyri-müəyyən olduğunu vurğulayıb.

Günaz.TV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar