SON XƏBƏRLƏR

Ərdəbil əyalətində yağıntılar kəskin azalıb

2023.04.13, 14:03
Ərdəbil əyalətində yağıntılar kəskin azalıb

Gunaz.tv

Siyavuş Məhəmmədinin sözlərinə görə, uzun müddətli dövrlə müqayisədə əyalətdə yağıntılar 35 faiz azalıb.

O, əyalətin şimal bölgələrində yağıntıların 56% azaldığını, bunun kənd təsərrüfatı, sənaye və əhalinin içməli su ilə təminatında ciddi problemlərə səbəb olacağını deyib.

Ərdəbil əyalətinin Regional Su Şirkətinin rəhbəri Əlirza Nemət Sultani bundan əvvəl verdiyi açıqlamada əyalətdə 700 kəndin su çatışmazlığından əziyyət çəkdiyini söyləyib.

Qeyd edək ki, Ərdəbil əyalətində ümumilikdə 1856 kənd və yaşayış yerinin  yarısının etibarlı və daimi su mənbəsi, su təchizatı şəbəkəsi yoxdur.

Günaz.TV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar