SON XƏBƏRLƏR

İsveçdə NATO-nun irimiqyaslı hərbi təlimləri başlayır

2023.04.17, 12:25
İsveçdə NATO-nun irimiqyaslı hərbi təlimləri başlayır

Gunaz.tv

Nazirliyin məlumatına görə, bu təlimlər ölkə ərazisində son 25 ildə NATO-ya üzv ölkələrin iştirakı ilə həyata keçirilən ən böyük hərbi təlimlər olacaq.

Quru, dəniz və hərbi hava qüvvələrinin (HHQ) iştirak etdiyi təlimin məqsədi İsveçin silahlı hücuma qarşı mübarizəsinin səviyyəsini artırmaqdır.

Təlimlərdə Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, Latviya, Litva, Norveç, Polşa, ABŞ, Ukrayna, Fransa, Finlandiya, İsveç və Estoniyadan olan 26 min hərbçi iştirak edəcək.

Müxtəlif hərbi birləşmələrin iştirak edəcəyi təlimlər üzrə əsas döyüş əməliyyatları ölkənin cənub və şimalındakı sərhədyanı ərazilərdə, həmçinin Qotland adasında keçiriləcək və təlimlər 11 may tarixində başa çatacaq. (Cebhe.info)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar