SON XƏBƏRLƏR

İranda bəhailərə təzyiqlər artıb

2023.04.19, 10:56
İranda bəhailərə təzyiqlər artıb

Gunaz.tv

Bəhai İcmasının yaydığı məlumata görə, son bir ayda neçənci dəfə olaraq Tehranın bəhailərə məxsus "Gülüstan" qəbristanlığında bəhailərə öz ölülərini dəfn etməyə icazə verilməyib.

Məlumatda bəhailər dünyasını dəyişən yaxınlarını "Xavəran" adlı kimsəsizlər məzarlığında dəfn etməyə məcbur ediliblər.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar. 

İranda bəhailərin iş yerləri qapadılır, ibtidai məktəbdən ali təhsilə qədər təhsil hüququndan məhrum edilirlər, qəbiristanlıqları, müqəddəs yerləri dağıdılır və başqa sosial məhdudiyyətlərlə üzləşirlər.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar