SON XƏBƏRLƏR

ETTELAAT "İrane Fərda" nəşrinin baş redaktoru Keyvan Səmimini həbs edib

2023.04.21, 15:03
ETTELAAT "İrane Fərda" nəşrinin baş redaktoru Keyvan Səmimini həbs edib

Gunaz.tv

İran televiziyası həbslə bağlı yaydığı xəbərdə yazıçı və tanınmış ictimai xadimə qarşı ağır cəzaların irəli sürüldüyünü bildirib.

Məlumata görə, Səmimiyə qarşı "İsraillə əlaqəli olan təşkilatla əlaqə" və "xaricdə fəaiyyət göstərən əks-inqilabçı qruplaşma ilə əməkdaşlıq" ittihamları irəli sürülüb.

Tanınmış vəkil Mustafa Nili məsələ ilə balı verdiyi açıqlamada yazıçıya qarşı irəli sürülən ittihamlardan şok keçirdiyini söyləyib.

O, bildirib ki, Keyvan Səmimi 1979-cu il inqilabından öncə əməkdaşlıqda ittiham olunduğu İran Xalq Mücahidləri Təşkilatından ayrılıb və ona qarşı bu ittihamın irəli sürülməsi gülüncdür.

Qeyd edək ki, Keyvan Səmimi 2019-cu ilin may ayının 1-də Beynəlxalq İşçi Günü münasibətilə İran parlamentinin qarşısında keçirilən aksiyaya qatıldığına görə saxlanılıb.

O, “ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq və qanunsuz toplaşmaq”da ittiham olunub.

Keyvan Səmimi fevral ayında həbsdən buraxıldıqdan sonra təhlükəsizlik əməkdaşlarının nəzarəti altında olub.

Günaz.TV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar