SON XƏBƏRLƏR

Ərdəbildə rabitə işçilərinin etiraz aksiyası keçirilib

2023.04.25, 07:30
Ərdəbildə rabitə işçilərinin etiraz aksiyası keçirilib

Gunaz.tv

Əmək haqlarının ödənilmədiyini bildirən narazılar şirkətin Ərdəbil şəhərindəki inzibati binasının qarşısına toplaşıblar.

Aksiyaya toplaşan təqaüdçülər və işçilər bir neçə aydır ki, məvaciblərin ödəniləcəyi ilə bağlı verilən vədlərin yalan çıxdığını bildiriblər.

Onlar bəyan edib ki, əmək haqları ödənilməsə etiraz aksiyaları davamlı olacaq. 

Narazılar inflyasiya ilə gəlirlərin uyğun olmadığını və çoxsaylı məişət problemləri ilə üzləşdiklərini deyiblər.
Etirazçılar bildirib ki, qanunla nəzərdə tutulan ödəniş və yardımları da ala bilmirlər.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar