SON XƏBƏRLƏR

AB İrana qarşı yeni sanksiyalar tətbiq etdi

2023.04.25, 11:52
AB İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Gunaz.tv

Amerika, Britaniya və AB bundan sonra hər ay davamlı olaraq İran hökumətinə qarşı yeni sanksiyalar tətbiq edəcəklərini bildiriblər.

Britaniya insan haqlarının pozulduğuna görə İrana qarşı tətbiq etdiyi sanksiyalarının yeni mərhələsində bu ölkənin müxtəlif əyalətlərindəki dörd SEPAH komandirinin adını qara siyahıya salıb.

Eyni zamanda, Avropa Birliyi İranın səkkiz rəsmisinə, o cümlədən bir neçə SEPAH komandirinə və etirazların yatırılmasındarol oynayan bir dövlət quruma sanksiya tətbiq edib.

Qeyd edək ki, bundan əvvəl Avropa Birliyinə üzv 27 ölkənin xarici işlər nazirləri aprelin 24-də insan haqlarını pozduğuna görə İrana qarşı yeddinci sanksiya paketini qəbul edəcəkləri barədə xəbərdarlıq etmişdilər.

Cavidan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar