SON XƏBƏRLƏR

Volkov Qarabağı tərk edir

2023.04.25, 14:45
Volkov Qarabağı tərk edir

Gunaz.tv

Bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.

İddialara görə, Volkovu əvəz edəcək yeni komandirin rütbəsi general-polkovnikdir. Adı açıqlanmayan komandan Rusiya ordusunun tərkibində müharibədə iştirak etmiş zabitdir və Müdafiə Nazirliyinin rəhbərliyinin etimadını qazanıb.

Məlumatda bildirilib ki, Volkovun xələfi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı kadrlarından biridir. Onlar uzun illər birlikdə çalışırlar.

"Volkov artıq getməyə hazırlaşır. Güman edilir ki, yeni komandir yaxın günlərdə gələcək", - "Hraparak" yazıb.

Qeyd edək ki, Andrey Volkov 11 yanvar 2022-ci ildə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə komandan təyin edilib.

General-mayor Andrey Volkov Rusiyanın Kostroma vilayətində Ali Hərbi Komandanlıq Kimyəvi Silahlardan Müdafiə Məktəbində təhsil alıb. Şimali Qafqaz Hərbi Dairəsinin qərargahında xidmət edib.

Volkov 1986-cı ildə Əfqanıstanın Künduz şəhərində zabit kimi xidmətə başlayıb.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar