SON XƏBƏRLƏR

Güneyli sürücülər etiraz aksiyası keçiriblər

2023.04.25, 15:41
Güneyli sürücülər etiraz aksiyası keçiriblər

Gunaz.tv

Bu barədə sürücülər sosial mediada paylaşım ediblər.

Sofyanın sement zavodunun mallarını daşıyan sürücülər əmək haqlarının aşağı olmasına etiraz edirlər.

Onları həmçinin rəhbərliyin maaş artımı ilə bağlı vədlərinin yerinə yetirilməməsi narazı salıb.

Qeyd edək ki, Sofyan zavodunda müxtəlif növ portland markalı boz sementin 2 istehsal bölməsi var.

Müəssisənin məhsulları Güney Azərbaycan və İran bazarının bu məhsula olan tələbatının əsas təminatçısı olmaqla yanaşı Azərbaycan Respublikası, Türkiyə, İraq, Gürcüstan və Ermənistana da sement ixrac edir.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar