SON XƏBƏRLƏR

İranda etnik bəluçlarla hökumət qüvvələri arasında qarşıdurma olub

2023.04.26, 14:36
İranda etnik bəluçlarla hökumət qüvvələri arasında qarşıdurma olub

Gunaz.tv

Əyalətin Fənuc şəhərində hökumət məmurları ilə vətəndaşlar arasında şiddətli qarşıdurmaya 16 yaşlı yeniyetmə Samir Qurdxaninin hökumət məmurları tərəfindən öldürülməsi səbəb olub.

Məmurların özbaşınalığına etiraz edən bəluclar polis bölməsinin qarşısına toplaşıblar.

Yeniyetmənin öldürülməsinə etiraz edən bəluçlara odlu silahdan atəş açılıb, nəticəsində 5 nəfər yaralanıb. Bölmənin qarşısına toplaşanlardan bir neçə nəfər həbs edilib.

Qeyd edək ki, S.Qurdhaninin polis məmurlarının “dayan” əmrinə tabe olmadığı üçün güllələndiyi bildirilir.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar