SON XƏBƏRLƏR

İranda səhiyyə işçiləri ölkəni tərk edir

2023.04.27, 11:43
İranda səhiyyə işçiləri ölkəni tərk edir

Gunaz.tv

Bu barədə Tibb Bacıları Birliyinin baş katibi Məhəmməd Şərifi Müqəddəm açıqlama verib.

O, iranlı tibb bacılarının xarici ölkələrə axının çoxalmasını ölkədə onların əməyinə dəyr verilməməsi və maaşlarının az olması ilə əlaqələndirib.

Şərifi Müqəddən hazırda İranda 100 min tibb bacısı çatışmadığını deyib.

Beynəlxalq standarta görə, hər 1000 nəfərə ortalama beş-altı tibb bacısı, ən az halda isə 3 tibb bacısı lazım olduğu halda, hazırda İranda hər 1000 nəfərə 1,6 tibb bacısı düşür ki, bu da dünyada nəzərdə tutulan minimumdan da azdır.

Günaz. TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar