SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yüzlərlə mədən hərraca çıxarılır

2023.04.27, 13:43
Şərqi Azərbaycanda yüzlərlə mədən hərraca çıxarılır

Gunaz.tv

Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət Təşkilatının rəhbəri Sabir Pərniyan bunu "Şərqi Azərbaycan əyalətinin mədənləri tarixində ən böyük hərrac" adlandırıb.

"Şərqi Azərbaycanın Sənaye, Mədən və Ticarət Təşkilatının bu il üçün prioriteti mədənçıxarma sektorunun fəaliyyətinin inkişafıdır və bu məqsədlə 450 mədən sahəsi hərraca hazırlanıb",- Pərniyan deyib. 

O, ötən il Şərqi Azərbaycan əyalətinin 234 mədəninin hərraca çıxarıldığını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Sabir Pərniyan Azərbaycan mədənlərindən əldə edilən gəlirlərin əyalətə qayıtmadığını söyləyib.

Bununla yanaşı Təbriz Ticarət Palatasının başçısı Yunis Jailə Azərbaycan mədənlərinin talan edildiyini və mədənlərin istismarından əyalətə düşən payın yalnız ətraf mühitin çirklənməsi olduğunu deyib.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar