SON XƏBƏRLƏR

Təbrizin millət vəkilinə qarşı təzyiqlər başlayıb

2023.04.29, 12:59
Təbrizin millət vəkilinə qarşı təzyiqlər başlayıb

Gunaz.tv

Bu barədə o, özünün tvitter hesabında etdiyi paylaşımda bildirib.  Millət vəkili Baş prokurorluq və Millət Vəkillərinin Fəaliyyətinə Nəzarət Şurasına çağrıldığını yazıb.

"Saat 10:30-da Baş Prokurorluqda, 12:30-da isə Millət Vəkillərinin Fəaliyyətinə Nəzarət Şurasında olmalıyam. Bilirəm haqq və ədalət yolu çətin və məşəqqətlidir",- Əhməd Əlirzabeygi qeyd edib.

Millət vəkilinin adı çəkilən qurumlara çağrılması onun İranın sənaye, mədən və ticarət naziri Seyid Əmin Fatiminin impiçment olunmamaq üçün parlament üzvlərinə rüşvət verməsi barədə açıqlamaları ilə bağlıdır.

Əhməd Əlirzabeygi nazirin millət vəkillərinə rüşvət kimi 75 lüks avtomobil verdiyini bildirib.

Millət vəkili oxşar məsələlərlə bağlı parlament üzvlərinə daha əlavə imtiyazlar tanındığını deyib.

Təbriz nümayəndəsi parlamentin Rəyasət Heyətindən bu imtiyazlar və hədiyyələrin səbəblərini araşdırmasını tələb edib.

Qeyd edək ki, bu günlərdə sənaye, mədən və ticarət nazirinin impiçment olunacağı gözlənilir.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar