SON XƏBƏRLƏR

Bayden İrandan Amerika vətəndaşlarını azad etməyi tələb etdi

2023.04.29, 14:33
Bayden İrandan Amerika vətəndaşlarını azad etməyi tələb etdi

Gunaz.tv

O, bildirib ki, Amerika hökuməti ilk dəfə olaraq Amerika vətəndaşlarını girov götürənlərə qarşı iqtisadi bədəllərin artırılmasına yönəlmiş yeni mexanizmlərdən istifadə edəcək.

Hazırda Siyamək Namazi, Emad Şərqi və Murad Tahbaz adlı İran-Amerika ikili vətəndaşlığı olan şəxslər İran həbsxanalarında saxlanılır.

Onlar İrana səfərəri zamanı təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq "casusluq"da ittiham ediliblər.

Bundan öncə İran rəsmiləri, o cümlədən XİN başçısı Hüseyn Əmir Abdullahiyan, XİN sözçüsü Nasir Kənani və İran Məhkəmə Sisteminin İnsan Haqları üzrə vitse-prezidenti Kazım Qəribabadi ABŞ-la məhbusların mübadiləsi barədə razılığa gəldiklərini iddia ediblər.

Qeyd edək ki, İran hökuməti uzun illərdir ki, xarici vətəndaşları casusluqda ittiham edərək öz imtiyaz və tələblərini əldə etmək üçün onlardan girov kimi istifadə edir.

ABŞ İranda həbsdə olan vətəndaşlarının ittihamlarını qəbul etmədiyi üçün onların qeyd-şərtsiz sərbəst buraxılmalarını tələb edir.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar