SON XƏBƏRLƏR

Rusiyada neft daşıyan qatar partladılıb, hərəkət dayanıb –FOTO-VİDEO

2023.05.01, 15:20
Rusiyada neft daşıyan qatar partladılıb, hərəkət dayanıb –FOTO-VİDEO

Gunaz.tv

“Uneça rayonunda – Bryansk-Uneça dəmir yolunun 136-cı kilometrliyində naməlum partlayıcı qurğu işə düşüb. Nəticədə yük qatarının lokomotivi relsdən çıxıb. Tələfat yoxdur. Hazırda hadisə yerində əməliyyat xidmətləri işləyir. Yolun bu hissəsində hərəkət dayandırılıb”, – Boqomaz bildirib.

“Baza” Teleqram kanalı da Rassuxa-Uneça istiqamətində neft məhsulları və taxta-şalban yüklənmiş 60 vaqondan ibarət qatarın relsdən çıxdığını yazıb: “Bryansk vilayətində dəmir yolunun zədələnməsi səbəbindən qatar relsdən çıxıb.

Qatarın relsdən çıxmasına az qalmış dəmir yolu partladılıb. Əldə etdiyimiz məlumata görə, hazırda 7-8 vaqon yan tərəfə çöküb.

Hadisə yerində yanğın çıxıb, əraziyə təcili yardım xidmətləri cəlb edilib”.

Rusiya Dəmir Yollarınadan bildiriblər ki, kənar şəxslərin müdaxiləsi lokomotivin və 7 vaqonun relsdən çıxmasına səbəb olub. Hadisə nəticəsində lokomotiv yanıb. İlkin məlumata görə, tələfat yoxdur.

Bryansk vilayəti Ukrayna ilə həmsərhəddir. Uneça şəhərindən Ukrayna sərhədinə qədər təxminən 50 kilometrdir. Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri bölgədəki dəmiryol relslərində bir neçə dəfə partlayıcı qurğuların işə salındığı bildirilir. Bu insidentlər nəticəsində tələfat olmayıb.

Rusiyanın sərhədyanı rayonlarında baş verən təxribatlara görə Ukrayna rəsmi olaraq məsuliyyəti üzərinə götürməyib. Onların bəzilərinə görə məsuliyyəti özlərini partizan adlandıran və müharibəyə qarşı çıxan qruplar üstlənib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar