SON XƏBƏRLƏR

İranda daha bir bəhai həbs edildi

2023.05.01, 16:16
İranda daha bir bəhai həbs edildi

Gunaz.tv

İnsan haqları fəallarının verdiyi məlumata görə, Tehranda yaşayan Şadi Şəhidzadə adlı bəhai xanım təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Onun evində axtarış aparıldığı, şəxsi əşyalarının müsadirə olunduğu vəözünün naməlum yerə köçürüldüyü bildirilir.

Bəhai vətəndaşın ittihamları barədə açıqlama verilməyib.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar. 

İranda bəhailərin iş yerləri qapadılır, ibtidai məktəbdən ali təhsilə qədər təhsil hüququndan məhrum edilirlər, qəbiristanlıqları, müqəddəs yerləri dağıdılır və başqa sosial məhdudiyyətlərlə üzləşirlər.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar