SON XƏBƏRLƏR

Güneylilər Berlində aksiya keçiriblər

2023.05.02, 12:01
Güneylilər Berlində aksiya keçiriblər

Gunaz.tv

Mayın 1-də keçirilən aksiyada İran və Güney Azərbaycanda insan haqlarının pozulması, qadın, uşaq və işçilərin istismar edilməsinə qarşı şüarlar səsləndirilib.

Aksiyada "azərbaycanlı xalçaçı qadın və uşaqların istismarına son qoyulsun", "azərbaycanlı işçi hərəkatı fəalı Rza Şəhabi və başqa məhbuslara azadlıq" və başqa bu kimi şüarlar yazılan plakatlar qaldırılıb.

Güneyli fəallar bəyanat yayaraq Güney Azərbaycan və İranda işçi hərəkatı fəallarının mübarizəsini dəstəkləyib və onlarla həmrəy olduqlarını bildiriblər.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar