SON XƏBƏRLƏR

BMT Dohada "Talibansız Əfqanıstan" toplantısı keçirdi

2023.05.02, 15:58
BMT Dohada "Talibansız Əfqanıstan" toplantısı keçirdi

Gunaz.tv

İki gün davam edən görüşdə ABŞ, Çin, Rusiya, bəzi Avropa dövlətləri, həmçinin Pakistandan olan diplomatlar və rəsmilər iştirak ediblər.

2021-ci ilin yayından Əfqanıstanı idarə edən Taliban 25-ə yaxın dövlət və təşkilatın iştirak etdiyi toplantıya dəvət edilməyib.

Talibanın Dohadakı nümayəndəliyinin rəhbəri Süheyl Şahin bildirib ki, görüşə dəvət edilməsə də, İngiltərə və Çin nümayəndə heyətlərinin üzvləri ilə görüşüb.

ABŞ və BMT-nin görüşdən əvvəl verdiyi açıqlamada Taliban administrasiyasının tanınmasının gündəmdə olmadığı vurğulanıb.

Keçən həftə BMT Təhlükəsizlik Şurasının 15 üzvü yekdilliklə bütün ölkələri Əfqanıstana qadınların işləməsinə və təhsil almasına qoyulan qadağanı geri götürməsi üçün təzyiq göstərməyə çağırıb. (musavat.com)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar