SON XƏBƏRLƏR

"Qərb Qafqazda ekstremistlərdən istifadə edir"-Kremldən iddia

2023.05.03, 10:01
"Qərb Qafqazda ekstremistlərdən istifadə edir"-Kremldən iddia

Gunaz.tv

"Rusiya əhalisini qorxuya salmaq istəyən Qərb 1990-cı illərdə Şimali Qafqazda olduğu kimi, indi də terrorçu və ekstremist təşkilatlardan fəal şəkildə istifadə edir".

Nikolay Patruşev belə deyib.

"Terrorla mübarizənin vacibliyini yalandan bəyan edən Qərb 1990-cı illərdə Şimali Qafqazda tətbiq etdiyi üsullardan istifadə edərək, Rusiyaya qarşı terrorçu və ekstremist təşkilatlardan fəal istifadə edir.

Qərb xüsusi xidmət orqanları Rusiya əhalisini qorxuya salmaq, dövlətimizin konstitusiya əsaslarını sarsıtmaq ümidi ilə terrorçuları və təxribatçıları ölkəmizin ərazisində cinayət törətmək üçün hazırlayırlar”, - Patruşev qeyd edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar