SON XƏBƏRLƏR

Kremlə hücum iddiasına Kiyevdən cavab: Məlumatımız yoxdur

2023.05.03, 17:34
Kremlə hücum iddiasına Kiyevdən cavab: Məlumatımız yoxdur

Gunaz.tv

Açıqlamada Ukraynanın Kremlə "hücumda" əli olmadığı qeyd olunub.

“Bizdə Kremlə guya gecə hücum edilməsi barədə məlumat yoxdur, lakin prezident Zelenskinin dəfələrlə qeyd etdiyi kimi, Ukrayna bütün mövcud qüvvə və vasitələrini öz ərazilərini azad etməyə, başqalarına hücum etməməyə yönəldir”, - deyə açıqlamada bildirilib.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak da tviter səhifəsində mövzunu şərh edib.

"Bu, heç bir hərbi problemi həll etmir və PUA-ları istənilən hərbi mağazada almaq olar. Enerji obyektlərində və ya Kremlin ərazisində naməlum pilotsuz uçuş aparatlarının peyda olması yalnız yerli müqavimət qüvvələrinin yeraltı işindən xəbər verə bilər”, - Podolyak yazıb.

Xatırladaq ki, Rusiya Ukraynanın pilotsuz uçuş aparatları ilə Kremlə hücuma cəhd etməsi barədə iddia yayıb. (modern)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar