SON XƏBƏRLƏR

Urmuda həbsxanasında tibbi yardım göstərilmədiyinə görə məhkum ölüb

2023.05.04, 08:33
Urmuda həbsxanasında tibbi yardım göstərilmədiyinə görə məhkum ölüb

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, xəstələnən məhkuma zamanında tibbi yardım göstərilməyib və o, müalicəsinə imkan verilmədiyi üçün həyatını itirib.

Dəfələrlə həbsxana rəhbərliyinə müraciət etməsinə baxmayaraq, 47 yaşlı Nasir Hüseynpura tibbi məzuniyyətə buraxılması və ya müalicəsi üçün icazə verilməyib.

Qeyd edək ki, 2022-ci ildə Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub. 

Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmiya şəhərinin zindanının "payına düşür".

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar