SON XƏBƏRLƏR

Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

2023.05.04, 13:26
Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gunaz.tv

Sanksiyalara məruz qalanlar arasında Məhsa Əmininin həbsində rolu olan məmurlar, SEPAH komandirləri və Kərəc şəhərinin Rəcaişəhr həbsxanasının məsullarının adı var.

Sanksiyalar siyahısına daxil edilən şəxs və qurumların İranda etirazçılara qarşı repressiyalarda iştirak etdikləri və həmçinin Ukrayna müharibəsində Rusiyaya dəstək verdikləri qeyd edilib.

Qeyd edək ki, bundan öncə martın 27-də Kanada hökuməti insan haqlarının pozulması, dron istehsalı və ballistik raketlərin istehsalı ilə bağlı İran İslam Respublikasının 2 qurumuna və 8 rəsmisinə qarşı yeni sanksiyalar tətbiq edib. 

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar