SON XƏBƏRLƏR

Milli fəal prokurorluğa çağrılıb

2023.05.04, 16:46
Milli fəal prokurorluğa çağrılıb

Gunaz.tv

Bu barədə fəalın yaxınları məlumat yayıb.

Məlumatda bildirilir ki, İran Məhkəməsinin elektron sistemi vasitəsilə göndərilən çağırışda fəaldan Əcəbşer şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 1-ci bölməsinə getməsi istənilib.

Fəala barədə "hökumətə qarşı təbliğat" ittihamının irəli sürüldüyü bildirilir.

Bundan öncə aprelin 5-də Məhəmməd İlati Əcəbşer şəhərinin təhlükəsizlik idarəsinə çağrılıb və sabahı gün təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq idarəyə aparılıb.

Orada fəaldan türkcə kitablar, təqvimlər paylanılması və başqa mədəni və milli fəaliyyətlərlə bağlı sorğu-sual edilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar