SON XƏBƏRLƏR

İranda iki media orqanına təzyiqlər davam edir

2023.05.05, 15:32
İranda iki media orqanına təzyiqlər davam edir

Gunaz.tv

Bu, "Etimad" və "Cahan-i sənət" qəzetlərinin İranda yoxsulluq və inflyasiya barədə yazı dərc etmələrindən sonra baş verib.

Adı çəkilən qəzetlər hakimiyyətin iqtisadi siyasətini tənqid edərək, insanların yoxsulluq ucbatından böyrəklərini satışa çıxardıqlarını yazıblar.

Bir müddət əvvəl “Cahani sənət” qəzeti ölkədə yoxsulluq ucbatından orqan satışının artmasından xəbər vermişdi.

Qəzet “İranlı gənclər İraqda orqanlarını dollara satırlar” başlıqlı xəbəri manşetə çıxarmışdı.

Sərhədsiz Reportyorlar təşkilatı mayın 3-də Ümumdünya Media Azadlığı Günü ilə eyni vaxtda 2023-cü ildə media azadlığına dair yeni hesabatını yayıb.

Hesabatda qeyd edilib ki, İran media azadlığı göstəricilərinə görə, reytinq cədvəlində 180 ölkə arasında Vyetnam, Şimali Koreya və Çindən sonra 177-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, son 8 ay ərzində İranda 70 jurnalist həbs edilib və onlarla jurnalist isə təhlükəsizlik və prokurorluq orqanlarına çağırılaraq dindirilib.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar