SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda xəstəxana çarpayıları çatışmır

2023.05.06, 11:11
Şərqi Azərbaycanda xəstəxana çarpayıları çatışmır

Gunaz.tv

Bu barədə Təbriz Tibb Elmləri Universitetinin İdarəetmə və Resursların İnkişafı üzrə vitse-prezidenti Dr.Əli Cənnəti açıqlama verib.

O, hazırda Şərqi Azərbaycan xəstəxanalarında 8 min çarpayı olduğunu və bunun ən azə 5 mininin 50 ildir istifadə edildiyini deyib və bunun narahat edici hal olduğunu deyib.

"Xəstəxana çarpayılarının hazırkı vəziyyəti əyalətdə böhran idarəçiliyinin sahəsində baş verə biləcək fövqəladə hallar, zəlzələ kimi böhranlar zamanı çətinliklərlə üzləşəcəyimiz barədə ciddi və əhəmiyyətli bir xəbərdarlıqdır",- Cənnəti bildirib.

Əyalətin 4 milyondan artıq sakini ilə yanaşı başqa bir neçə əyalət əhalisinə də tibbi xidmət göstərildiyini deyən, Əli Cənnəti bu saəyə yetərli vəsait ayrılmadığını söyləyib.

"Əyalətin tibb mərkəzləri və xəstəxanalarının ümumi şəraiti 10 milyon vətəndaşa xidmət göstərməyə heç bir şəkildə cavab vermir və yeni xəstəxanaların tikilməsi, şərayitin yaradılması üçün təcili tədbirlər görülməlidir",- Təbriz Tibb Elmləri Universitetinin İdarəetmə və Resursların İnkişafı üzrə vitse-prezidenti tələb edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar