SON XƏBƏRLƏR

İranda 24 saatda 4 nəfər edam edilir

2023.05.06, 12:09
İranda 24 saatda 4 nəfər edam edilir

Gunaz.tv

Hesabatda 10 gün ərzində 42 məhkumun edam edildiyini və onlardan 22-nin etnik bəluç məhkum olduğu qeyd edilib.

İran İnsan Haqları Təşkilatı öz hesabatında Kərəcdəki Qızıll-Hisar həbsxanasında genişmiqyaslı edamların riski ilə bağlı xəbərdarlıq edib və beynəlxalq ictimaiyyəti artan bu edam dalğasına dərhal və müvafiq reaksiya göstərməyə çağırıb.

Adı çəkilən təşkilatın hesabatında 2023-cü ilin dörd ayı ərzində İran həbsxanalarında 194 məhkumun edam edildiyi qeyd edilib.

Qeyd edək ki, mayın 6-ı səhər saatlarında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin həbsxanasında daha 2 məhkumun edam cəzası həyata keçirilib.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar