SON XƏBƏRLƏR

İran Talibanı ittiham etdi: "Malların tranzitinin azalmasına Taliban səbəb olub"

2023.05.06, 14:53
İran Talibanı ittiham etdi: "Malların tranzitinin azalmasına Taliban səbəb olub"

Gunaz.tv

Bu barədə İranın Yollar və Yükdaşıma Nəqliyyatı Təşkilatının tranzit üzrə baş direktoru Cavad Hidayəti açıqlama verib.

"BƏƏ malları əvvəllər İran vasitəsilə Əfqanıstana gedirdi. Dünyada Talibana qarşı tətbiq edilən pul və bank sanksiyaları səbəbindən Əfqanıstanın ticarət mübadilələri azalıb",- o, iddia edib.

Hidayəti bununla yanaşı son bir il ərzində İrandan İraqın şimal bölgəsinə olan neft məhsullarının ixracının sıfıra endiyini söyləyib.

İranlı məmur planlaşdırdıqları illik mal tranzitinin yerinə yetirilməməsində Tehran hökuməti və SEPAH-a qarşı tətbiq edilən sanksiyaların təsiri barədə açıqlama verməyib.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar