SON XƏBƏRLƏR

AEBA rəhbəri: Zaporojye AES ətrafında vəziyyət "potensial təhlükəli"dir

2023.05.07, 09:00
AEBA rəhbəri: Zaporojye AES ətrafında vəziyyət "potensial təhlükəli"dir

Gunaz.tv

Bu fikirləri şənbə günü Atom Enerjisi üz rə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi deyib.

“Zaporojye atom elektrik stansiyasının ərazisində ümumi vəziyyət getdikcə gözlənilməz və potensial təhlükəli olur. Mən stansiyanın üzləşdiyi nüvə və fiziki təhlükəsizlik sahəsində real risklərdən son dərəcə narahatam”, - deyə agentlik rəhbəri bildirib.

Onun sözlərinə görə, stansiyadakı AEBA-nın mütəxəssisləri hələ də mərmi səslərini eşidirlər.

“Bu böyük nüvə obyekti qorunmalıdır. Mən bu həyati məqsədə nail olmaq üçün bütün tərəflərin öhdəliyində israr etməyə davam edəcəyəm”. (apa)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar